NATO-nun baş katibi hərbi xərcləri artırmağa çağırdı

  • By admin
  • 14 Mart 2017 17:02

nato-1

NATO-nun baş katibi Yens Stoltenberq NATO ölkələrini hərbi xərclərini artırmağa çağırıb. Bu tələb avropalı partnyorlarının təşkilatın maliyyə tələblərini yerinə yetirməsinə çalışan Vaşinqtonun mövqeyi ilə üst-üstə düşür. Stoltenberqin fikrincə, hərbi xərclərdə artım transatlantik əlaqələrin gücünün saxlanmasına xidmət edəcək.

Gununsesi.info xarici KİV-ə istinadən məlumat verir ki, NATO rəhbəri jurnalistlərin nəzərinə çatdırıb ki, hərbi-siyasi birlikdə əvvəlki kimi üzvlər arasında ədalətli maliyyə bölgüsü yoxdur. Hökumətlərdən hərbi xərclərə dair maliyyə tələbi ÜDM-in 2 faizini təşkil edir. Bu tələbi yalnız ABŞ, Böyük Britaniya, Polşa, Estoniya və Yunanıstan yerinə yetirir.

2015-ci ilin məlumatına görə, 28 NATO ölkəsinin hərbiyə ayırdığı xərclər təxminən 900 milyard dollardır. Bu xərclərdə ABŞ-ın payı 640 milyard təşkil edir.

Gununsesi.info