Nasistlərin əsir düşərgəsində saxlanılan uşaqların atıldığı quyu tapıldı

  • By admin
  • 23 İyun 2020 09:52

Rusiyanın Orlov vilayətinin Krutovski qəsəbəsində tapılan quyuya nasistlər əsir düşərgəsində saxlanılan uşaqları atıblar.

Gununsesi.org REN TV-yə istinadən xəbər verir ki, vilayət üzrə İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Yerli sakinlərin bildirdiyinə görə, İkinci Dünya Müharibəsi zamanı almanlar əsir düşərgəsindəki azyaşlıları bu quyuya atıblar.

İstintaq nəticəsində bu məsələyə cinayət-hüquqi qiymət veriləcək.

Gununsesi.org