Narkobaronun oğlunu tutan polisə 150 güllə vuruldu – VİDEO

  • By admin
  • 08 Noyabr 2019 15:54

Ötən ay “El Çapo” ləqəbli meksikalı narkobaron Coaqin Quzmanın oğlu Ovidio Quzman Lopezi həbs edən polis vəhşicəsinə qətlə yetirilib.

Gununsesi.orgHaber7”-yə istinadən xəbər verir ki, narkobaronun dəstə üzvləri olan iki nəfər avtomobildən düşməyə çalışan polis əməkdaşına 30 saniyə boyunca dayanmadan atəş açıb.

Məlumatda bildirilib ki, ümumilikdə polisə 150 güllə atılıb.

Qeyd edək ki, ötən ay saxlanılan narkobaronun oğlu bir neçə gün sonra azadlığa buraxılmışdı.