Nadir Nüşabənin şəklini fotoşopladı - FOTOLAR

  • By admin
  • 24 Fevral 2020 12:59

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə müzakirələrə səbəb olacaq addım atıb.

Gununsesiaz.info xəbər verir ki, o, Əməkdar artist Nüşabə Ələsgərli ilə ATV kanalının Novruz bayramı şənliyində çəkdirdiyi şəkli fotoşoplayıb. Belə ki, Nadir daha əvvəl Nüşabənin instaqram səhifəsində yaydığı görüntüyə müdaxilə edərək xanım sənətçinin saçlarını uzadıb. Bu isə gülüş doğuracaq görüntünün ortaya çıxması ilə nəticələnib.

N. Ələsgərli Nadirə rəy yazaraq fotonun orijinal varinatını paylaşmağı məsləhət görüb. Qafarzadə isə “Elə orijinaldır, can! Sən gözəlsən də, təbii gözəl” cavabını verib.

Onun hansı səbəbdən belə addım atması sual yaradıb.