Nabranda avtomobil 2 piyadanı vurdu, biri öldü

  • By admin
  • 16 İyun 2020 14:00

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.org bildirir ki, hadisə rayonun İstisu qəsəbəsində baş verib.

Yolu keçmək istəyən Xaçmaz şəhəri sakini, 1961-ci il təvəllüdlü Nurməhəmməd Sabir oğlu Seyidəliyev avtomobil zərbəsi nəticəsində hadisə yerində dünyasını dəyişib.

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İbrahim Arif oğlu Şahbazov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org