Nəhayət 53 gündən sonra Putinlə Zelenski arasında danışıqlar baş tutdu

  • By admin
  • 12 İyul 2019 09:28

Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl rusiyalı həmkarı Vladimir Putinə zəng etməli idi.

Gununsesi.org xəbər verir ki, bu sözləri Ukraynanın “Müxalif platorma – Həyat naminə” partiyasının üzvü, deputat Nestor Şufriç deyib.

“Şükür Allah, bu telefon zəngi düzgün istiqamətdə idi. İstənilən səviyyədə istənilən görüş irəliləyiş deməkdir. Mənim iki sualım var: Nə üçün 53-cü gündə Zelenski məsuliyyəti hiss edib Putinə zəng etdi? Nə üçün 5-ci, yaxud 7-ci gün yox?” – deyə Şufriç bildirib.

Deputat məhz partiyasının çağırışları nəticəsində Zelenskinin Kreml rəhbərinə zəng etməsini istisna etməyib:

“Biz göstərdik ki, bunu edə bilərik. Mən və şəxsən bizim komanda 52 gün bununla bağlı çağırış etdi. 53-cü gündə o, zəng etdi və birbaşa danışıqlar apardı”.

Qeyd edək ki, dünən V.Zelenski və V.Putin arasında telefon söhbəti baş tutub.

Gununsesi.org