Muzdlu işçilərlərin sosial müdafiəsi gücləndiriləcək

  • By admin
  • 27 Mart 2020 10:45

“Koronavirus pandemiyasından zərərçəkən sahələrdə muzdlu işçilərin sosial müdafiəsi gücləndiriləcək və çalışılacaq ki, zərərə düşən müəssisələr işçiləri kütləvi ixtisar etməsinlər”. 

Gununsesi.org xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Qurum rəsmisinin sözlərinə görə, eyni zamanda məşğulluq tədbirləri də həyata keçiriləcək. Özünüməşğulluq, ödənişli ictimai işlər və ünvanlı sosial yardımın əhatə dairəsi genişləndiriləcək. Aztəminatlı insanların böhranın təsirindən qorunması üçün əlavə tədbirlər görüləcək.

Gununsesi.org