“Müsavat” funksionerləri polisə çağırıldı – İcazəsiz piketə görə

  • By admin
  • 08 Noyabr 2019 14:03
Müsavat Partiyasının İcra aparatının rəhbəri Gülağa Aslanlı, partiya sədrinin müavini Səxavət Soltanlı, başqanın müşavirləri Cahangir Əmirxanlı, Azər İsmayıl və digər partiya funksionerləri polisə çağırılıb.
Gununsesi.org bu barədə APA-ya Müsavat başqanı Arif Hacılı məlumat verib.
O bildirib ki, hələlik rəsmi şəkildə açıqlanmasa da, polisin bu addımı noyabrın 12-nə təyin olunmuş piketlə bağlı atdığı ehtimal edilir.
Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.
Bundan sonra Müsavat partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəklərini elan edib.