“Müsəlman Birliyi”nin fəalına qarşı cinayət ittihamı irəli sürüldü

  • By admin
  • 17 Mart 2020 18:03

Martın 13-də saxlanılmış “Müsəlman Birliyi” Hərəkatının (MBH) üzvü Elvin Muradova qarşı 228-ci (qanunsuz silah dövriyyəsi) maddə ilə ittiham irəli sürülüb.

 

Gununsesi.org xəbər verir ki, bu barədə Turan-a MBH-dən bildiriblər.

Muradov martın 13-də yoxa çıxıb və yalnız ayın 16-da onun yaxınlarına rəsmi olaraq onun 228.1-ci maddə ilə həbs edilidyi və Kürdəxanı İstintaq Təcridxanasına yerləşdirildiyi haqqında məlumat verilib. Ailəsinin müqavilə bağladığı vəkil onunla görüşməyə və işin təfsilatını aydınlaşdırmağa çalışır.

MBH Rusiyada yaşayan Muradovun həbsini onun təşkilatın lideri Taleh Bağırzadə və digər həbs edilmiş fəallar haqqında şeir və mahnıları ilə əlaqələndirib.

Muradov fevralın 5-də Moskvadan qayıtdıqdan sonra artıq qısamüddətli saxlanılmaya məruz qalıb. O, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparıblar və axşam saatlarında buraxıblar.

DİN hələlik Muradovun həbsi ilə bağlı şərh verməyib.

Gununsesi.org