“Münaqişənin tezliklə sülh yolu ilə həll olunması yolunu görmürəm”- FƏZAİL AĞAMALI

“Münaqişənin tezliklə sülh yolu ilə həll olunması yolunu görmürəm”

fezail
Son günlər Qarabağ cəbhəsində vəziyyət yenidən gərginləşsə də, beynəlxalq aləm  Ermənistanın təxribatlarına bir daha susqunluqla yanaşdı və adekvat reaksiyanı vermədi. Beynəlxalq birlik işğlaçıya yerini göstərib, ona qarşı hansısa ciddi sanksiyalar tətbiq  və ya xəbərdarlıq etmək əvəzinə, növbətçi xatakterli bəyanatlarla çıxış etdilər.
Belə bir məqamda Azərbaycanın sabiq xarici işlər naziri Tofiq  Zülfüqarov münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların XİN-in əlində toplanmasına etiraz edən bir fikirlə çıxış etdi. Və onun bu mövqeyi cəmiyyətdə ciddi əks-sədaya səbəb oldu.  Bütün bu məsələlərlə  bağlı olaraq millət vəkili Fəzail Ağamalıya müraciət etdik.
F. Ağamalının Gununsesi.info-ya müsahibəsini  təqdim edirik:
 
-Fəzail bəy, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağla bağlı aparılan danışıqların XİN-nin əlində cəmləşməsinin əleyhinə çıxaraq, bu səlahiyyətlərin digər qurumlar arasında bölünməsini, xüsusən də  vitse-prezidentə verilməsini təklif edir. Siz necə düşünürsünüz?
– Mənim kimsənin səsləndirdiyi fikrə siyasi don geyindirməyim düz olmazdı. Yaxşı olardı ki, bununla bağlı diplomatlar, bu sahədə təcrübəsi olan insanlar mövqelərini bildirsinlər.
-Tofiq Zülfüqarov da  bir zamanlar nazir olub və bu danışıqlarda iştirak edib. Sizcə, danışıqların XİN-də  cəmlənməsi səhv hərəkətdirmi?
– Hər bir şəxsin məsələ ilə müxtəlif fikri, fərqli mövqelər ola bilər. Bu da təbiidir.  Hər bir şəxs müstəqil olduğundan  müstəqil fikir söyləmək hüququna da malikdir. Buna normal yanaşmaq lazımdır.
Şəxsən məmin fikrimə gəldikdə isə deyə bilərəm ki, danışıqların hansı formatda və ya necə aparılmasından asılı olmayaraq,  münaqişə tez həll olunmalıdır.  Təəssüflər olsun ki, danışıqların necə  keçməsindən asılı olmayaraq,  münaqişənin tezliklə sülh yolu ilə  həll olunması yolunu görmürəm.
Hətta bir çoxları  təklif edir ki, danışıqlar prosesi ATƏT-dən alınıb yenidən BMT-yə verilsin və münaqişənin həlli ilə bağlı o, məşğul olsun. Deyək ki, məsələ BMT-yə qaytarıldı, nəsə  baş verəcək?  Yox!
BMT Təhlükəsizlik Şurasının (TŞ) beş üzvündən üçü hazırda ATƏT-in Minsk qrupunun həmsdəri  və Ermənistanın yanında olan ölkədir. Bunlar Amerika, Rusiya və Fransadır. Hansı ki, bu ölkələr BMT-də xüsusi imtiyazlara malik ölkələrdir.  Tutaq ki, BMT TŞ-də  Ermənistan-Azərbaycan  məsələsi ilə bağlı hər hansı məsələ qaldırıldı və bu ölkəlrədən hər hansı bir veto qoydu,  bu zaman müzakirəyə çıxarılan məsələ həllini tapmayacaq və nəticəsiz qalacaq.
 
 -Ümumiyyətlə, bir millət vəkili və siyasətçi  kimi necab hesab edirsiniz, danışıqlar hansı formada aparılmalıdır?
-Hesab edirəm ki, bu danışıqlar konyukturadan başqa  bir şey deyil. Ermənistan ardıcıl olaraq qeyri-konstruktiv yanaşma sərgiləməkdə davam etməkdədir. Təssüf edirəm ki, Ermənistanın təcavüzkarlıq siyasəti ATƏT-nin Minsk qrupunun həmsədr ölkələri tərəfindən müdafiə olunur. Əgər belə olmasaydı, Ermənistan heç zaman bu cür at oynada bilməzdi. Onun belə hərəkət etməsinə səbəb beynəlxalq güclərinin ona dəstək verməsidir. Məhz buna görə də  son dövrlər təxribata əl ataraq yeni-yeni torpaqlarımızı işğal etmək istəyirlər.
– Dmək istəyirsiniz ki, ermənilərin son təxribatlarının arxasında bu güclər dayanır?..
-Bəli! Bu gün  Ermənistanda  Azərbaycan torpaqlarını işğal edən , azərbaycanlıların qanına əli batan cinayətkar, vandal bir  dəstə hakimiyyətdədir. Bu sinayətkar, vandal dəstəni isə Amerika, Fransa və Rusiya dəstəkləyir. Bu ölkələr də münaqişənin sülh və danışıqlar yolu ilə  tənzimlənməsi istiqamətində  yaradılan vasitəçi bir qurumda təmsil olunurlar.  Bunlar problemin həllinə çalışmaq əvəzinə, hər vasitə ilə  işğalın aradan qaldırılmasına mane olurlar.
 
– 25 il bundan öncə – 1992-ci ilin  martında BMT  Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə bağlı ATƏT-ə səlahiyyət verib. Bu il ATƏT Minsk Konfransının Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi sürəcinin başlamasının 25 illi tamam olur. Necə deyərlər ATƏT Minsk qrupu  əsrin 4/1-i qədər fəaliyyət göstərsə də, nəticə yoxdur. Bu 25 illik fəaliyyətlə bağlı sizin mövqeyiniz necədir?
-Bir kəlmə ilə demək olar ki, ATƏT-in Minsk qrupu ölü doğulan bir uşaqdır.  Fəaliyyətə başaldığı müddətdən təcavüzkar Ermənistanın yanında olduğunu nümayiş etdirib.  Bu müddət ərzində mənasız bəyantlar verməklə məşğuldurlar. Azərbaycanla işğlaçı ölkə arasında paralellik işarəsi qoyurlar. Halbuki belə olmamalıydı. Əksinə, işğalçını sülhə vadar etmək üçün lazım gəlsə, sanksiya tətbiq edilməli idi. Ancaq biz bütün bunların əksinin şahidi olduq.
Həmsədr ölkələr  nəinki Ermənistan sanksiya və ya xəbərdarlıq etdi, əksinə, onu mdüafiə etdi.  Məhz onun nəticəsidir ki, Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Minsk qrupunun  bu müddətdə fəaliyyətinin mahiyəti bundan ibarət olub. Onlar fəaliyyətlərini bəyantlarla deyil, əməli işdə sübt etməli  idilər. Təəssüflər  ki, biz bunun şahidi deyilik.
-Deyirsiniz ki, Minsk qrupundan nəsə gözləməyin mənası yoxdur. Onda nə etməli?
-Mənim nə ATƏT, nə də BMT-dən münaqişənin  danışıqlar yolu həlli istiqamətində  hansısa  optimist düşüncəm yoxdur. Ümid etmirəm ki, münaqişənin həlli ilə  məşğul olan Amerika, Rusiya və Fransa ortaq bir məxrəcə gəlsinlər. Ona görə ki,  bu hər üç ölkənin Qafqazda öz marağı var və bu maraqlar uğurnda savaş gedir.  Rusiya  cənub istiqamətində sərhədlərini genişləndirib Çar Rusiyası və SSRİ dövründəki sərhədlərini bərpa etmək istəyir. Bunun üçün də açıq mübarizə aparır.
Başqa bir tərəfdən Amerikada  SSRİ-nin dağılması nəticəsində yaranan ölkələrə sahib çıxmaq üçün mübarizə aparır və hələ də bu istəyinə nail ola bilmir. Çünki Rusiya  Amerikaya qarşı ciddi müqavimət göstərir. Artıq Rusiya 1990-cı illərin əvvəllərindən fərqli olaraq son illərdə güclənib və təsir dairəsini genişləndirmək uğrunda mübarizəyə girişib.
 Fransa isə ortalıqda qalıb. Hər zaman ermənilərin yanında olduğu kim,  indi də ermənilərə sədaqətini nümaiyş etdirməklə məşğuldur. Eyni zamanda, Amerikanın müttəfiqi kimi onun siyasətinə dsətək verir.
-Bəs belə olan vəziyyətdə nə etməliyik?
-Belə  vəziyyətdə Azərbaycan pPezidentinin uğurlu xarici siyasəti davam etdirilməlidir. Bu da Ermənistanı bütün istiqamətlərdə  küncə sıxmaq siyasətidir.  Bu siyasət  daha fəal surətdə davam etdirilməli və bununla yanaşı,  imkan düşən kimi ermənilərin başına güllə yağdırmalıyıq. Yəni, ermənilərin həyata keçirdiyi lokal xarakterli təxribatlardan  yararlanaraq işğal olunmuş  torpaqlarımızı hissə-hissə geri almaqda davam etməliyik.
Bununla da Ermənistanı son anınadək zəiflətməyə çalışmalıyıq. Ermənistanı iqtisadi cəhətdən də zəiflətmək üçün  bu ölkəyə qarşı iqtisadi blokadanı davam etdirməli, onun regiondakı bütün layihələrdən kənar saxlanılmasına nail olmalıyıq. Ta o vaxta kimi bu siyasəti davam etdirməliyik ki, vəziyyət bizim xeyrimizə dəyişsin.
Baxın, apreldə Ermənistanda  parlament seçkiləri keçiriləcək və seçkinin nəticəsi olaraq hansısa qüvvələr hakimiyyətə gələcək.  Əgər yenə də Sərkisyan rejimi hakimiyyətdə qalacaqsa və ya Moskvanın adamı hakimiyyətə gələcəksə,  yenə də  danışıqların nəticəsi olmayacaq. Ona görə də indi nəsə demək çətindir.
-Demək istəyirsiniz ki,  beynəlxalq düzən bizim xeyrimizə dəyişməyənədək  danışıqların nəticəsi olmayacaq və ona görə də Ermənistanı küncə sıxmaq siyasəti davam edirilməlidir…
 
-Bəli. Bu siyasət davam etdirilməlidir.  Hesab edirəm ki, Azərbaycan Prezidentinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət ən optimal siyasətdir və bütün istiqamətlərdə  davam etdirilməlidir. Ermənistanın işğalçılıq siyasəti bütün dünyada ifşa olunmalıdır. Artıq bu istiqamətdə  həyata keçirilən siyasətdə uğurlarımız var. Bu uğurlar davamlı olmalıdır.
-Digər hansı addımlar atılmalıdır?
– İranla münasibətimizi nkişfaf etdirməliyik. İranla münasibətlərimizi elə bir səviyyəyə çatdırmaıyıq ki, o, Ermənistandan imtina edərək Azərbaycanı dəstəkləsin.
– Bu nə qədər inandırıcıdır?
– Hesab edirəm ki, bu istiqamətdə son vaxtlarda  atılan addımlar müəyyən nikbinlik yaradır. Odur ki, İranla   yaxşı işləməliyik. Elə etməliyik ki, 30 milyondan artıq Azərbaycan türkü yaşayan bir müsəlman ölkəsi nəticədə Azərbaycanın  yanında olsun. Haqqın yanında olsun.  Bu istiqamətdəki işlərimizin perspektivinə inanıram və yaşxı nəticə gözlənilir. Bundan əlavə olaraq iqtisadiyyatımızı inkişaf etdirib , ordumuzu  gücləndirməliyik.
Eyni zamanda, ordunu öz silahlarımızla təmin etməyə çalışmalıyıq. Əksər silahlar özümüzdə istehsal olunmalıdır ki,  bu yolla da xarici ölkələrin  silah təchizatından asılılığımız azaltmalıyıq. İmkan düşdükcə düşmənin təxribatlarına ciddi adekvat- sarsıdıcı zərbələr vurmalıyıq. Ən əsas məsələ isə torpaqların işğaldan azad olunması məsələsində düşüncəmizdən, baxışlarımızdan asılı olmayaraq xalqla ordu, xalqla prezident arasıda birlik olmalıdır. Kim burada yer almaq isətmirsə, deməli o,  ermənilərin adamıdır. Bunun başqa adı və izahı yoxdur.
 Mürtəza Bünyadlı
Gununsesi.info

COMMENTS