Meray Kerinin sevgilisi alfons çıxdı - BRAYAN 5 AYA 1 MİLYON XƏRCLƏDİYİ ÜÇÜN MÜĞƏNNİ ONDAN AYRILDI

  • By admin
  • 10 Aprel 2017 22:33

meray keri

Müğənni Meray Keri özündən yaşca kiçik sevgilisi, rəqqas Brayan Tanaki ilə yollarını ayırıb.

Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məluata görə, 5 ay sevgili olan cütlüyün ayrılmağını Meray istəyib. Belə ki, Brayanın külli miqdarda pul xərcləməsi sənətçinin xoşuna gəlməyib. Keri anlayıb ki, gənc rəqqas alfonsdur və münasibətlərə son qoyub.

Meraya yaxın mənbənin sözlərinə əsasən, sənətçi qısa müddətdir görüşdüyü sevgilisinə bir milyon dollardan çox pul xərcləyib.

Xatırladaq ki, bir müddət öncə yayılan məlumata görə, müğənninin ailəsi də Brayanla olan münasibətə qarşı çıxıb. Onlar rəqqasın Kerini deyil, pulunu sevdiyini bildiriblər.

Qeyd edək ki, M.Keri iki dəfə ailəli olub. O, 2015-ci ildə əkizlərinin atası Nik Kennondan, 2016-cı ildə isə, milyarder həyat yoldaşı Ceyms Pakerdən ayrılıb.

Gununsesi.info