Müğənni heyvandarlıq təsərrüfatı yaradır

  • By admin
  • 13 May 2017 10:20

02

Türkiyənin məşhur müğənnisi Sinan Özen Balıkəsirdə Manyas mahalında heyvandarlıq təsərrüfatı qurmaq barədə qərar verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Manyas mahalının Boğazpınar məhəlləsində heyvandarlıq təsərrüfatı qurmaq üçün işlərə başlayıb.

Belə ki, Sinan Özen bu məqsədlə də Manyas Əkinçilik Qurumuna üzv olmaq üçün müraciət edib. Sinan Özen dostunun dəvətiylə bir neçə dəfə Manyas mahalına gələrək burada konsert verdiyini deyib.

“Manyas mahalının Boğazpınar məhəlləsini çox bəyəndim və bu məhəllədə iribuynuzlu heyvandarlıq təsərrüfatı qurmaq barədə qərar verdim. Hazırda işlərin böyük hissəsi icra edilib və son mərhələyə qədəm qoymuşuq. Nəticədə bu elimizə daha tez gəlmə imkanım olacaq. Xəyalımdakı işə də tez bir zamanda başlayacam” – deyə müğənni bildirib.

Anar

Gununsesi.info