“Mübarizi şərləmək istəyən məmurlar başdan-ayağa çirkab içindədirlər” - XALQ ARTİSTİNDƏN MÜBARİZƏ DƏSTƏK

  • By admin
  • 17 Mart 2020 15:23

“Bizim bəzi məmurlardan fərqli olaraq Mübariz ermənilərlə dostluq etmir”.

Gununsesi.org bildirir ki, bu sözləri xalq artisti Şeyx Əbdül Mahmudov Moderator.az-a açıqlamasında M.Mənsimova “ləkə yaxmaq” istəyənlərə cavabında bildirib. Xalq artisti həmin kəslərə öz işləri ilə məşğul olmalarını tövsiyə edib:

“Mübariz Mənsimovu şərləmək istəyən məmurları yoxlasalar, görərlər ki, başdan-ayağa çirkab içindədirlər. Belə addımlar atıb dövlətimizi gözdən salmaq lazım deyil. M.Məsimov xaricdə yüzdən çox tələbənin təhsil haqqını ödəyərək, Azərbaycan üçün savadlı kadrlar hazırlayır. Bununla yanaşı, evsizə, əlsizə, ayaqsıza kömək edir. O, insan həmişə də deyir ki, mən siyasətə qarışmıram, sadəcə öz işimlə məşğulam. Bizim bəzi məmurlardan fərqli olaraq ermənilərlə dostluq etmir, daim onların bizim düşmənimiz olduğunu deyir. Dörd tərəfimiz düşməndir, biz onlarla mübarizə aparmalıyıq, bir-birimizlə yox. Dünəndən bu xəbəri eşidəndən əsəbiləşmişəm. Onun  FETO ilə əlaqələrinin olması inandırıcı deyil. Biz ölkəsi, vətəndaşı üçün ürək yandıran belə bir insanı qorumalıyıq”.

Gununsesi.org