Mübariz Mənsimovun səhhəti pisləşdi – TANINMIŞ İŞ ADAMI XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

  • By admin
  • 12 Mart 2020 10:44

Bu yaxınlarda cərrahiyyə əməliyyatı keçirən Türkiyədəki tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhətində ciddi problem yaranıb.

Gununsesi.org-un iş adamına yaxın mənbələrdən əldə etdiyi xəbərə görə, onun səhhəti dünən qəfil pisləşib. Hazırda Mənsimov İstanbulun məşhur xəstəxanalarından birinə aparılıb. Müalicə altında tutulur. Məsələ ilə bağlı “Palmali” Şirkətlər Qrupuna müraciət etsək də, cavab ala bilmədik.

Gununsesi.org