Mübariz Mənsimovun işi ilə bağlı son məlumat

  • By admin
  • 18 İyun 2020 19:18
Tanınmış xeyriyyəçi Mübariz Mənsimovla bağlı aparılan cinayət işi ilə bağlı “Palmali” şirkətinin Mətbuat Xidmətindən açıqlama verilib.
Gununsesi.org  həmin açıqlamanı sizə təqdim edir:
” “Palmali” şirkətinin qurucusu Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsi iddianaməni qəbul etdi. Və bununla da məhkəmənin vaxtı bu ilin sentyabr ayının 15-nə təyin edildi. Məhkəmənin ictimayət və mətbuat üçün açıq yaxud qapalı olacağı barədə məhkəmə qərar verəcək.
Belə bir vəziyyətdə bizlər tərəfindən hər hansı yanlışlığa yol verməmək üçün Türk məhkəməsinin qanunları qarşısında boynumuz ipdən də incədir. Nəticədə, son sözü Uca Türk Ədaləti deyəcək. “Palmali” olaraq uca Türk ədalətinə güvənir və inanırıq! “