“Mübariz Mənsimov uzaqda yaşasa da ölkəsinin, xalqının taleyinə biganə deyil” - AFAQ BƏŞİRQIZI

  • By admin
  • 23 Fevral 2020 21:12

Azərbaycanın xalq artisti Afaq Bəşirqızı Türkiyədə yaşayan məşhur iş adamı olan soydaşımız Mübariz Mənsimov haqqında danışıb.

Gununsesi.org-un xəbərinə görə, Afaq xanım Azərbaycandan kənarda yaşayan bir soydaşımızın vətən eşqinə qibtəsini ifadə edib:

“Baxın, Mübariz Mənsimovu hamımız xeyriyyəçi bir iş adamı kimi tanıyırıq. O Mübariz Mənsimov ki, vətəndən uzaqda yaşasa da, ölkəsinin, xalqının taleyinə heç bir halda biganə deyil, Azərbaycan xalqının və dövlətinin mənafeyi uğruna hər şeyi qurban vermək iqtidarında olan əsl vətənpərvərdir. Onun şirkətinə məxsus gəmilərə Azərbaycan dahilərinin adını verməsi, Türkiyədə təhsil alan onlarla azərbaycanlı tələbənin təhsilhaqqını ödəməsi, çoxlarını şəxsi hesabına müalicə etdirməsi, ümumiyyətlə, azərbycanlılara həmişə qayğı göstərməsi millətimiz adına böyük işlərdir. Bütün bunlar bir yana, amma onun Qarabağ dərdimizi də bizimlə birgə ürəyində gəzdirməsi və rəhbərimizə dəstək olması mən Afaq Bəşirqızını göylərə qaldırdı. Xalqımızın Qarabağ kimi taleyüklü məsələsində o da dövlət başçımızı dəstəklədi, onunla bir lider kimi qürur duyduğunu dedi. Bax, mən belə oğullarımızı görəndə çox sevinirəm. Həm sevinirəm, həm də əmin oluram ki, biz bir-birimizə belə dəstək olmaqla torpaqlarımıza yenidən sahib çıxacaq, şəhidlərimizin qanını yerdə qoymayacağıq. Mən həm də öz şəxsi maraqları naminə boğazdan yuxarı “xalq”, “prezident” deyənlər də sözümü çatdırıram ki, Mübariz kimi oğullardan ibrət götürsünlər. Vicdanlı və mərd olsunlar!”

 

NƏCƏF

Gununsesi.org