Mübariz Mənsimov İlham Əliyevə müraciət etdi: “Mənə qarşı qurulan FETÖ uydurmasının… “

  • By admin
  • 31 Mart 2020 20:44

“Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı xeyriyyəçi iş adamı Mübariz Mənsimov həbsi ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Gununsesi.org həmin müraciəti təqdim edir:

“Sayın Cumhubaşkanım İlham Əliyev. Bilirəm ki, bu günlərdə həddindən artıq məşğulsunuz. Zatən, milyonlarla işlər vaxtınızı alır. Siz eyni zamanda çox yaxşı bilirsiniz ki, mənə qarşı qurulan FETÖ uydurmasının mənə heç bir aidiyyatı yoxdur. Mən iş adamıyam, siyasətçi deyiləm. Hər zaman Azərbaycan və Türkiyə vətəndaşı olduğumdan qürur duydum.
Mən hər zaman sizə güvənmişəm və son nəfəsimə qədər güvənəcəm. Sizdən ricam, barəmdə verilən həbs qərarının ev həbsi ilə əvəz edilməsi üçün Türkiyə Cümhuriyyətinin Prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğan ilə müraciət etməyinizdir. Mən illər boyu çox qiymətli atanızdan yalnız yaxşılıqlar görmüşəm. Təhsilimdə onun çox böyük dəstəkləri olub. Mən heç vaxt yediyim qaba tüpürmədim və tüpürmərəm də. Hazırki vəziyyətdə olan durumumu və quramanı mənə qarşı quranlar bilirəm ki, Rövnəq Abdullayev, onun dayısı oğlu Anar Əliyev (Əlizadə), Türkiyənin bir iş adamı və Alaaddin Aykaç ilə birlikdə mənim 3 keçmiş əməkdaşımdır. Bunlar prokurorluğa gedərək haqqımda yalan və əsassız ifadələr veriblər.
Hörmətli Prezidentim!
Sizdən ricam bu duruma müdaxilə etməniz və məni bu durumdan çıxarmanızdır. Ən çox üzüldüyüm isə odur ki, günahsız atam, anam və dörd övladım göz yaşları içində məni gözləmələridir. 81 və 84 yaşlarında olan ana və atama narahat olmasınlar deyə, mənim guya koronavirus üzündən xaricdə qaldığımı deyirlər. Ancaq ana və atamın sağlıq durumları ilə bağlı mənim onların yanında olmağım önəmlidir. Sizdən mənim mövcud həbs vəziyyətimin ev həbsi ilə əvəz edilməsinə yardımçı olmanızı xahiş edirəm”.