Mübariz Mənsimov həbs mesajını verdi- MƏNİ FETÖ İLƏ ƏLAQƏDƏ SUÇLAMAQ İSTƏYİRLƏR

  • By admin
  • 08 Fevral 2020 10:34
Türkiyədə yaşayan azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimov sosial şəbəkə hesabında sensasion bəyanatla çıxış edib.
O, Türkiyədə öz barəsində qurama dosye hazırlandığını bildirərək, qeyd edib ona iftira atmaq hazırlayırlar.

Gununsesi.org həmin qeydləri təqdim edir;

 

Əziz dostlarım, həmvətənlərim!
Məni sevənlər, namuslu bacı və qardaşlarım!
Bu danışığı aparmaq məcburiyyətindəyəm. Mənə qarşı çox çirkin oyun qurulub. Məni terrorla, FETÖ ilə əlaqədə və casusluqda ittiham edərək üstümə şər atmağa çalışırlar. Bunu edənlər şəxsi mənafeyini güdən insanlardır.
Bildiyiniz kimi, mən haqqımı tələb etmək üçün ali məhkəməyə müraciət etmişəm. Tezliklə bu mübarizədə məğlub olacağını başa düşən özəl şirkətlər və dövlət müəssisələri qəzəblənməyə başlayıb. İnsan əsəbiləşdikcə gözü və məntiqi kor olur, ardıcıl səhvlərə yol verir. Onlar hüququ, ədalətsizliyi pul ilə almağa cəhd göstərirlər. Pul ilə! Mənim satılmış keçmiş işçilərimi, bəzi hakimləri, dövlət məmurlarını əşya kimi alıblar. Onlar da pulun qulu olublar, nə şərəfləri var, nə də namusları. Oğrular, xainlər və FETÖ-çülər bir kənarda qalıb, bunlar məni ağlasığmaz məsələlərdə günahlandırırlar. Hər şey yalan və uydurmadır, bunu sübut etmək heç də çətin deyil. Onlar bir gün etdiklərinin cəzasını çəkəcəklər. Allahın ədaləti qılınc kimi kəskindir. Yazıqlar, bunu başa düşmədiniz ki, sahibləriniz sabah sizi də satacaq. Məni ən çox incidən odur ki, satılmışların içində mənim həmvətənlərim də var: Azəri türkləri… Məni düşmən hesab etdiniz? Mən düşmən deyiləm və bilin ki, sizin etdiyiniz şərəfsizliyi düşmən də etməzdi. Bu, məni dərindən yaraladı. Mənə FETÖ-çü deməkdənsə, özünüzə, keçmişinizə, övladlarınızın harada təhsil aldığına baxın. Elə bilirsiniz, heç kimin bunlardan xəbəri yoxdur? Bu qədər safsınız, ya qarşınızdakı insanları aldadırsınız?
Ay yazıqlar, siz hələ də anlamamısınız ki, mənim üçün namus və şərəf maldan, dövlətdən öndədir. Bunlar sizdə olmadığı üçün başa düşməkdə çətinlik çəkirsiniz. Mən həmişə halal pul qazanmış, halal pul xərcləmişəm.
Mənim Allahım var və həmişə Allahımla olmuşam.
O, məni heç vaxt tək qoymayıb. Sizin aqibətinizi isə fikirləşə bilmirəm.