Mübariz Mənsimov: “Fətullah Gülənin ən böyük düşməni mənəm” – EKSKLÜZİV

  • By admin
  • 08 Fevral 2020 15:06

“Ola bilsin ki, Türkiyədə hüquq-mühafizə orqanları və məhkəmə sistemində kimlərisə ələ alıb bu iftiraya hüquqi don geyindirməyə çalışsınlar. Ancaq unutmasınlar ki, Türkiyə hüquqi dövlətdir və sonucda onlar istəklərinə çatmayacaq”.

Bu sözləri Gununsesi.org-a eksklüziv açıqlamasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı iş adamı “Palmali Group”un sahibi Mübariz Mənsimov deyib.

Qeyd edək ki, həmyerlimiz Türkiyədə onu FETÖ ilə əlaqədə itiham etmək istəyən qüvvələrin olduğunu bildirmişdi.

Əməkdaşımızla söhbətində Mübariz Mənsimov deyib ki, ona bu cür ittiham absurddur:

“Fətullah Gülənin ən böyük düşməni mən olmuşam. Türkiyədə bunu hər kəs bilir. Bu çamur mənə heç zaman yapışmaz”.

Arzu 

Gununsesi.org