Mübariz Mənsimov aprel qazisi Qoşqardan yazdı: “Biz burada kreslo, torpaq, pul davası edərkən…”

  • By admin
  • 11 Fevral 2020 10:33

Tanınmış xeyriyyəçi iş adamı, “Palmali” Şirkətlər qrupunun sahibi Mübariz Mənsimov aprel qazisi Qoşqar Hacıyevin vəfatı ilə bağlı fikirlərini yazıb.

Gununsesi.org xeyriyyəçinin öz sosial şəbəkədəki hesabından paylaşdığı həmin yazılı fikirlərini sizə təqdim edir:

“Bu gün daha bir igidimiz uca Allahın rəhmətinə qovuşdu. Biz Qoşqarı itirdik. Amma biz, bir millət olaraq, şəhid qazandıq. Qoşqarın bu gün şəhadətə ucaldığı gündür. Biz burada kreslo, torpaq, pul davası edərkən, O, Vətən yolunda, bizim üçün canını fəda etdi. Biz bu insanların qədrini bilmirik. Ona görə də onlara sahib çıxa bilmirik.

Böyük şairimiz Məmməd Araz deyirdi ki, “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”. Qoşqar kimi mərd qardaşlarımızın və oğullarımızın canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Qoşqar ölümü ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardandır. Məkanın cənnət olsun, Şəhidim! Ruhun qarşısında baş əyirəm, Şəhidim. Başın sag olsun, Vətən!”
 
Mübariz Mənsimov, “Palmali” Şirkətlər qrupunun sahibi

Gununsesi.org