Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Mən günahsızam, şirkətlərimin zərər görməsi sizin və mənim düşmənlərimi sevindirir”

  • By admin
  • 28 Mart 2020 15:57

“Palmali” şirkətlər qrupunun Prezidenti Mübariz Mənsimov həbsinin ev dustaqlığı ilə əvəz edilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.

 

Gununsesi.org-un xəbərinə görə, müraciətdə deyilir:

 

“Hörmətli Cümhurbaşqan!

14 gündür ki, günahsız olduğum halda həbsxanada saxlanılıram. Bir il əvvəl, 81 və 84 yaşlı atamı və anamı xəstə olduqları üçün Azərbaycandan Türkiyəyə öz yanıma gətirdim. Koronavirusa görə ata və anama kömək edəcək kimsə yoxdur. Valideynlərim mənim koronavirusa görə xaricdə olduğumu zənn edirlər. Siz məni tanıyırsınız, şərəfsiz FETÖ və buna bənzər heç bir təşkilatla əlaqəm olmayıb və ola da bilməz. Mən günahsızam, xahiş edirəm, təqsirim ortaya çıxana qədər həbsimin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərəsiniz. Mən özümü deyil, atamı və anamı düşünürəm. Düşünürəm, bunu nəzərə alacaqsınız. Bütün şirkətlərim Türkiyədədir və inanın şirkətlərimin zərər görməsi sizin və mənim düşmənlərimi sevindirir”.

Qeyd edək ki, xeyriyyəçi iş adamı bu müraciəti həmçinin Türkiyənin xarici işlər, ədliyyə, maliyyə, daxili işlər nazirlərinə və Binəli Yıldırıma ünvanlayıb.

Gununsesi.org