Mübariz Mənsimov zindanlara layiq oğul deyil - HACI NURAN DA HƏBSDƏ OLAN HƏMYERLİMİZİN MÜDAFİƏSİNƏ QALXDI

  • By admin
  • 22 Mart 2020 21:15
Aparıcı Hacı Nuran Türkiyədə  həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimova dəstək olub.
Gununsesi.org xəbər verir ki, özünün sosial şəbəkə hesabında Hacı Nuran bildirib ki, M.Mənsimovun  bir iftiraya, bir şərə uğradığı bəlli olacaq:
“Son günlər onun adı dövrü mətbuatda tez-tez hallanır . Haqqında deyilənlərin nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm . Çünki O, hazırda Türkiyədə həbsdədi və istintaq materiallarının tədqiqindən sonra Mübariz Mənsimovun bir iftiraya, bir şərə uğradığı bəlli olacaq yəqin ki .
Çünki, hamı Mübariz Mənsimovun necə bir oğul, necə bir iş adamı olduğunu yaxşı bilirlər. Bu o Mübariz Mənsimovdur ki, etdiyi yardımları da, xeyriyyəçiliyi də həmişə gizlədib, reklam etməyib. Bu o Mübariz Mənsimovdur ki, bütün canı, qanı qədər Azərbaycana bağlıdır. Ən sıravi vətəndaşından tutmuş, ən yüksək məmuruna kimi hamını özünə doğma sayan adamdı Mübariz. Düşünürəm ki, O başqa cür ola da bilməz. Adı Mübariz olanların buna haqqı yoxdur çünki. Bu gün iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Qurban oğlu Mənsimovun 22.03.1968 doğum günüdür. Gizlətməyəcəm: onun kimi bir iş adamının həbsdə olması, bugünkü ad gününü doğmalarının əhatəsində deyil, həbsdə keçirtməsi bir azərbaycanlı kimi məni də çox təsirləndirir . Və təəssüf edirəm. Çünki, Mübariz Mənsimov zindanlara layiq oğul deyil. Haqq nazilər, üzülməz deyirlər. Sənin haqqının öz yerini tapacağı gün uzaqda deyil … Doğum günün mübarək”