MTN zorlama işlərindən də pul qazanırmış- HƏBSDƏKİ GENERALIN İTTİHAM AKTINDAN

MTN zorlama işlərindən də pul qazanırmış

elcin 

Ləğv edilmiş MTN-in generalı, hazırda mühakimə olunan Elçin Quliyevin və Azər Mehdiyevin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş şəxslər ilginc açıqlamalar veriblər.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə,  ləğv edilmiş MTN-nin sabiq işçiləri zorlama işlərindən də pul qazanırmışlar. Belə ki, 2015-ci ilin sentyabr ayında Elşən Ayaz oğlu Tağıyevin tanışı Sona Bədəlovanı zorlaması barədə sonuncunun ərizəsi əsasında  MTN-nin vəzifəli şəxsləri tərəfindən fiziki zor tətbiq edilərək, həbs ediləcəyi, rüsvay olunacağı ilə hədələnib və rüşvət kimi pul istənilib.

Ləğv edilmiş MTN-nin sabiq əməkdaşları  tərəfindən fiziki zor tətbiq edilərək həbs ediləcəyi  və rüsvay olunacağı ilə hədələnməsi, cinayət məsuliyyətinə cəlb olunması üçün Tağıyev Elşən Ayaz oğlundan  rüşvət kimi pul verməsinin istənilməsi faktı Bakı şəhəri Sabunçu rayon prokurorluğunda  aparılan aradırma zamanı aşkar edilərək,  bu barədə toplanmış material 25.12.2015-ci ildə  Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olub, hərtərəfli yoxlanılarkən öz təsdiqini tapıb.

Belə ki, daxil olan  materialdan görünür ki, ləğv edilmiş MTN-in  vəzifəli şəxslərindən ibarət mütəşəkkil dəstə üzvləri 2015-ci ilin sentyabr ayında  Bakı şəhərində fəaliyyət göstərən  “Ankara klinikası” özəl tibb müəssisəsində  həkim-pediatr vəzifəsində işləyən  Tağıyev Eışən Ayaz oğlunun yaxın münasibətdə olduğu  Bədəlov Şahin  Adulbəşir oğlunun arvadı  Bədəlova Sona Valeri qızını  zorlaması barədə Şahin Bədəlov tərəfindən  MTN-ə ünvanlanmış  və araşdırılması funksional vəzifə  səlahiyyətlərinə aid olmayan  ərizədən istifadə edərək,  Elşən Tağıyevin  külli miqdarda  pul vəsaitini ələ keçirmək üçün iradəsi əleyhinə, məcburən keçmiş MTN-nin inzibati binasına gətirdikdən sonra fiziki və psixi  zorakılıq tətbiq edərək  Sona Bədəlovanı zorlamaqda ittiham edib,  barəsində cinayət işi başlanacağı və həbs olunacağı  ilə hədələyib, ondan külli miqdarda pul verməsini tələb ediblər.

Bakı şəhəri Sabunçu rayon Prokurorluğunda aparılan araşdırma zamanı zorlanma faktı təsdiqlənmədiyi üçün  03.12.2015-ci ildə ərizə üzrə  cinayət işinin başlanması  AR CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilib, ləğv edilmiş MTN-nin  vəzifəli şəxslərindən ibarət  mütəşəkkil dəstə üzvlərinin törətdikləri  cinayət əməlləri  hissəsində toplanmış material aidiyyatı üzrə  AR Baş Prokurorluğuna  göndərilərək   152006057 saylı cinayət işinin  istintaq  materialına  əlavə olunub və araşdırma zamanı öz təsdiqini  tapıb.

İş üzrə şahid qismində dindirilmiş  Sona Bədəlova  ifadəsində bildirib ki, tanışı Elşən Tağıyev tərəfindən zorlanması barədə əri Şahin Bədəlovun  06 oktyabr 2015-ci ildə keçmiş MTN-ə ərizə ilə müraciət etdiyini, bununla əlaqədar həqiqətən də MTN-də araşdırma aparıldığını, onun və həyat yoldaşının həmin nazirliyə dəvət olunaraq giriş qapısınını yanında olan otaqda,  ikinci mərtəbədə adını bilmədiyi bir şəxs tərəfindən ifadəsiin alındığını, izahatlarını almış şəxsin adını və vəzifəsini bilmədiyini, lakin sonra isə izahatlarını almış həmin şəxsin onun həyat yoldaşına zəng edərək ərizələrində göstərdkləri xüsususatların  MTN-nin səlahiyyətlərinə aid olmadığını, ərizənin baxılması üçün  prokurorluğa göndəriləcəyini  bildiridyini,  bundan sonra isə Bakı şəhəti Sabunçu rayon Prokurorluğunda araşdırma aparıldığını, araşdırmanın  nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini , Elşən Tağıyevin MTN-ə dəvət edilib-edilməməsi barədə heç bir məlumatının olmadığını, MTN-də onun və həyat yoldaşı Şahin Bədəlovun izahatını almış şəxsin vəzifəsini və adını bilmədiyini göstərib.

İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Elşən Ayəz oğlu Tağıyev  ifadəsində 07 sentyabr 2015-ci ildə  Azər Məmmədov adlı şəxs tərəfindən keçmiş MTN-ə aparıldığını, orada Sona Bədəlova adlı xanımı zorlaması  barədə ərizənin olduğunu, onu zorlamağı etriraf etməsi barədə  izahat yazmasını tələb etdiklərini, yazmadığı üçün Azər Məmmədov, Xalid və adını bilmədiyi şəxs tərəfindən döyüldüyünü, daha sonra azad olunması müqabilində  Azər Məmmədovu ondan  50 000 manat tələb etdiyini, onun həmin məbləğdə  pulu olmadığını  bildirdikdə Antiterror Mərkəzinin  rəis müavini İlqar Əliyevin  yanına apardıqlarını, sonuncunun onua hədə-qorxu gəldiyini, daha sonra  Azərlə bir həftə ərzində 30 000 manat  verəcəyi ilə razılaşdıqlarını, MTN-dən çıxdıqdan sonra  tanışı Aydın  Ağayevlə görüşdüyünü , Aydın Ağayevin onunla  birlikdə MTN-ə gələrək,  Azər Mehdiyevə zəng etdiklərini, MTN-nin  qarşısında görüşdüklərini, Azərin ilkin olaraq  razılaşdıqları 30 min manat pulun hökmən  gətirilməli olduğunu  bildirsə də,  sonradan hər hansı  məbləğdə pul lazım olmadığını  bildirməsini , daha sonra isə zəng edərək, 10 000 manat gətirməli olduğunu bildirməsini,  17 oktyabr  2015-ci il  tarixdə  sabiq nazir Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra MTN əməkdaşları onunla əlaqə saxlamadığını göstərib.

Cinayət işi üzrə şahid qismində əlavə dindirilmiş E.Tağlyev istintaq verdiyi əvvəlki ifadəsini təsdiqləməklə yanaşı, verilmiş suallara cavab olaraq təsdiq edib ki, ona qarşı qanunsuz hərəkətlərə yol verilib, ləğv edilmiş MTN-də Azər Məmmədov adlı əməkdaş onu döyəndə həmçinin, hədələyirmiş ki, istəsə onun dediklərini etməsə, avtomaşınından  silah və narkotik  maddələr aşkar olunacaq, xarici ölkələrin  agenti olmağında onu ittiham edəcəklər. Məqsədi də E.Tağıyevi “sındırmaq”, özünə tabe edərək istədiyi məbləğidə pulu ondan  almaq olub.

İş üzrə şahid  qismində dindirilmiş Ağayev Aydın Məmməd oğlu eyni məzmunlu  ifadə verərək E.Tağıyevin göstərdiklərini  təsdiqləməklə keçmiş  MTN-nin vəzifəli şəxsi  olmuş Azər Məmmədovla  ilk görüşü zamanı  sonuncunun  30 000 manatı gətirib-gətirmədiyini soruşduğunu, həmin pulun hökmən çatdırılmalı olduğunu bildirdiyini,  özünün Naxçıvanlı olmaqla  Eldar Mahmudovun  pul yığanı olmasını deməsini, onların azərə  pul verməyəcəyini gördükdən sonra hər hansl məbləğ  lazım olmadığını bildiridyini, daha sonra isə zəng edərək 10 000 manat  gətirməsini bildirdiyini, 17 oktyabr  2015-ci ildə  sabiq nazir E.Mahmudovun vəzifəsidən azad olunmasından sonra  MTN əməkdaşları onunla əlaqə saxlamadığını göstərib.

Gununsesi.info

 

COMMENTS