MSK xarici müşahidəçilərlə bağlı məlumat yaydı

  • By admin
  • 15 Avqust 2016 15:16

MSK

 

Xarici müşahidəçilərin akkreditasiya ilə bağlı seçkiyə 20-25 gün qalmış MSK-ya müraciət edəcəkləri gözlənilir.

Gununsesi.info MSK-ya istinadən xəbər verir ki,  indiyədək  heç bir xarici təşkilat referendumu müşahidə məqsədi ilə qeydiyyatdan keçmək istədiyini  quruma bildirməyib.

Belə ki, referendumla bağlı seçkiləri müşahidə etmək üçün ölkəmizə gəlməsi gözlənilən  xarici nümayəndə və müşahidəçilərin akkreditasiyaya edilmələriylə bağlı  hələki heç kim tərəfindən  MSK-ya müraciət olunmayıb.

MSK-dan verilən məlumata görə, xarici müşahidəçilərin müraciət edəcəkləri tarixi  artıq bəllidir.

Qeyd edək ki,  sentyabrın 26-da  Konstitusiya dəyişikləri ilə bağlı Azərbaycanda  ümumxalq referendumu baş tutacaq.

Gülnaz Qənbərli

Gununsesi.info