MSK “son sözü” Konstitusiya Məhkəməsinə verdi

  • By admin
  • 25 Fevral 2020 20:44
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında seçkilərin ümumi yekunlarına dair protokolu təsdiq edib.  
Gununsesiaz.info-nun xəbərinə görə, MSK seçkilərin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün DSK protokollarının, əlavə sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi 10 gün müddətində sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlamalıdır. Vaxt tələb edərsə, bu müddət uzadıla da bilər.
Xatırladaq ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.
Gununsesiaz.info