MSK onların şikayətini təmin etmədi

MSK onların şikayətini təmin etmədi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 21 saylı Nəsimi seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Gununsesiaz.info-nun verdiyi xəbərə görə, bu dairədən namizəd Fərhad Mehdiyev şikayətində həmin dairə üzrə səsvermə zamanı pozuntular olduğunu, lider namizəd üçün əlavə səslər yazıldığını bildirərək həmin dairə üzrə nəticələrin ləğv edilməsini istəyib. Digər namizəd Toğrul İsmayılov deyib ki, bəzi məntəqələr lider namizəd Məlahət İbrahımqızı ilə yanaşı, onlara da artıq səs yazıb. Səsvermə nəticəsində şikayətlər təmin edilməyib.

Qeyd edək ki, bu dairə üzrə lider YAP-ın namizədi, keçmiş deputat Məlahət İbrahimqızıdır. Şikayətçi Fərhad Mehdiyev isə tanınmış hüquqşünasdır.

 

Gununsesiaz.info

COMMENTS