MSK: “Dörd saata 1 milyon 457 min nəfər səs verib”

  • By admin
  • 11 Fevral 2020 17:23

Azərbaycanda növbədənkənar parlament seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

Gununsesi.orgun məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığı bu saatadək 27,35 faiz olub.

O, səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən bu saatadək 1 457 776 nəfərinin səs verdiyini deyib.

Gununsesi.org