“MSK buna göz yumur” – Sədr danışdı

  • By admin
  • 08 Fevral 2020 16:30

“Bu dəqiqələrdə də sosial şəbəkələrə baxsanız təşviqat aparılır”.

Gununsesi.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O xatırladıb ki, yanvarın 5-dən təşviqat mərhələsi başlayıb: “Hazırda da sosial şəbəkələrdə bu davam edir. Amma MSK buna göz yumur. Hesab edirəm ki, biz bunu etməklə heç nə itirməmişik”.

Gununsesi.org