Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək

  • By admin
  • 21 Oktyabr 2019 17:45

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə Trend-ə diplomatik qaynaqlardan daxil olan məlumatda bildirilir.

Məlumata əsasən M.Çavuşoğlu Azərbaycanda rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcək.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.

 

Gununsesi.org