Mövlam Şıxəliyev Pərviz Həşimliyə telefon açdı- SƏNİ MƏN ŞƏRLƏMƏMİŞƏM (DİALOQ)

Mövlam Şıxəliyev Pərviz Həşimliyə telefon açdı

perviz

 

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevin qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı Gununsesi.info-nun sərgilədiyi prinsipial mövqe, habelə, generalın bir gün “bandotdel”də saxlanması barədə xəbərimiz deyəsən, onu bərk əsəbləşdirib. Belə ki, baş redaktorumuz Pərviz Həşimliyə telefon açan Mövlam Şıxəliyev ondan yazıların səbəbini soruşub.

Bu dialoqun ictimaiyyət üçün də maraqlı olduğunu nəzərə alıb, həmin söhbətin bəzi məqamlarını təqdim edirik:

 

Mövlam Şıxəliyev: Siz gündə bir şey yazırsınız. Məndən nə istəyirsiniz?

Pərviz Həşimli: MTN cinayətlərinin əsas məsuliyyətini daşıyan vəzifəli şəxs kimi sizdən yazılması təbii deyilmi?

Mövlam Şıxəliyev: Mən neynəmişəm axı…Gedin, başqalarından yazın. Kim nə edibsə, hesabatını da özü verir. Mənim adımı hallandırmaqla, böhtan atırsınız.

Pərviz Həşimli: MTN-də sizin rəisi olduğunuz baş idarədə yüzlərlə insanın qanunsuz istintaqları aparılıb, elə biri mənim özümü götürün. Eldar Mahmudovun məni şərləməsi üçün saxta hüquqi əsaslar yaratmısınız. Mən cinayətkar idim ki, tabeçiliyinizdə olan müstəntiq Elşən Murtuzov saxta istintaq aparırdı?

Mövlam Şıxəliyev: Mən sənin istintaqını aparmışam? Səni kim tutub get, onların yaxasından yapış. Özün də bilirsən ki, səni kimlər tutub.

Pərviz Həşimli: Siz MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmusunuz. Sizin idarə məni şərləyib. Məsuliyyət sizindir…

Mövlam Şıxəliyev: Bilirsən, nə var, hər şeyi gözəl bilirsən… Mənlik bir şey yoxdur. Get, səni tutuanlarla, şərləyənlərlə mübarizə apar, məndən əl çək.

Pərviz Həşimli: “Bandotdel”ə niyə aparılmısınız?

Mövlam Şıxəliyev: Mən sənə sözümü dedim. Bilmədiyin şeyi yazma. (telefonun dəstəyini asır-red.)

movlan

Gununsesi.info

COMMENTS