“Moşu” efirlərdən küsüb: "İnanmıram ki, efirlərlə mənim münasibətim düzələr"

  • By admin
  • 18 Fevral 2020 13:20

Xalq artisti Valeh Kərimov “Şou ATV” verilişinə telefonla zəng edib.

Gununsesi.org axşam.az-a istinadən bildirir ki, “Moşu Göyəzənli” obrazı ilə tanınan aktyor efirlərdən küsdüyünü söyləyib. O, aparıcı Nanə Ağamalıyevanın proqrama dəvətindən də imtina edib:

“İnanmıram ki, efirlərlə mənim münasibətim düzələr. Mənə gözəl obraz verilsə, elə oynayaram, canını da alaram. Bu boşluğu efirdə qonaq olub, söhbət etməklə doldurmaq çətindir”.

Qeyd edək ki, aktyor bir müddət əvvəl heç bir filmə dəvət almadığını, teatrda çalışmadığını söyləyib.

Gununsesi.org