Moskvada federasiya prezidenti saxlanıldı

  • By admin
  • 22 Fevral 2020 09:55

Moskvada Moskva Xokkey Federasiyasının prezidenti Sergey Mendeleyev saxlanılıb. Gununsesiaz.info bildirir ki, bu barədə “REN TV” xəbər verib.

Bəzi məlumatlara görə, o, “İnvestbank”ın qəsdən müflis edilməsində şübhəli bilinir. “TASS” yazır ki, söhbət 3 milyard rubl məbləğində zərərdən gedir.

Fevralın 21-də paytaxtın Tver məhkəməsi Mendeleyev barəsində aprelin 20-dək həbs qəti imkan tədbiri seçib. Ondan başqa cinayət işində adı hallanan Vladimir Qezin, Sergey Zaytsev və Qriqori Yusufov da saxlanılıb.

Gununsesiaz.info