Moldova çempionatında 10 klubdan 3-nə lisenziya verilmədi

Moldova çempionatında 10 klubdan 3-nə lisenziya verilmədi

Moldova Futbol Federasiyasının Lisenziyalaşdırma Komissiyası Milli Divizionda çıxış etmək üçün müraciət edən 10 klubdan 3-nə lisenziya verməyib.

Gununsesi.org yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bunlar “Petrokub”, “Milsami” və “Zimbru”dur.

Bu komandaların qərardan apellyasiya şikayəti vermək üçün fevralın 25-nə qədər vaxtı var.

“Şerif”, “Sperantsa”, “Dinamo-Avto”, “Kodru”, “Floreşt” və “Daçiya Buyukan” isə lisenziya şərtlərini yerinə yetirdikləri üçün yeni mövsümdə çempionatda iştirak hüququ qazanıblar.

Qeyd edək ki, “Bakı” və “Səbail” klublarının sabiq futbolçusu Nurlan Novruzov hazırda “Dinamo-Avto” klubunda çıxış edir.

 

 

Gununsesi.org

COMMENTS