Misirlinin kürəyinə toxunmaq britaniyalıya baha başa gəldi

  • By admin
  • 15 Fevral 2020 10:36

Misirdə Böyük Britaniya vətəndaşına qarşı seksual zorakılıq barəsində iş açılıb. 

Gununsesi.orgThe Sun”a istinadən xəbər verir ki, britaniyalı misirlinin kürəyinə toxunduğu üçün həbs edilib.

Bildirilir ki, Xurqada həbsxanasına salınan Toni Kammoçio dörd üşaq atasıdır. O, Misirdə həyat yoldaşı, 26 yaşlı oğlu və 18 dostu ilə dincəlirdi. Hava limanının təhlükəsizlik xidmətindən keçərkən, gözətçi ona suallar verib. Bu zaman isə britaniyalı onun kürəyinə toxunub, nəticədə hava limanının əməkdaşı polis çağırıb.

Polis məsələni araşdırana qədər britaniyalı həbsxanada iki həftə qala bilər.

Gununsesi.org