Misirdə 85 nəfər koronavirusdan vəfat etdi – İnfeksiya Afrikada sürətlə yayılmaqdadır

  • By admin
  • 07 Aprel 2020 12:17

Misirdə koronavirusdan (COVID-19) ölənlərin sayı 85 nəfərə çatıb.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, son bir sutkada xəstəlikdən daha 7 nəfər dünyasını dəyişib. Aprelin 6-də ölkədə koronavirusa rekord sayda – 149 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 1322 nəfərə çatıb. Yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır.

 Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 12 nəfər müalicə olunaraq evə buraxılıb. İndiyədək 259 koronavirus xəstəsi tam sağalıb. Qeyd olunub ki, həyatını itirənlərin 30 faizi xəstəxanaya çatmamış yolda keçinib.

Gununsesi.org