Misir ehramları dezinfeksiya edilir

  • By admin
  • 26 Mart 2020 09:30

Misirdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Gizada yerləşən qədim ehramlar dezinfeksiya edilir.

Gununsesi.org “İnterfaks”a istinadən xəbər verir ki, dezinfeksiya ilə bağlı bütün işləri müvafiq nazirlik həyata keçirir.

Qeyd edək ki, Misirdə ehramlarla birgə digər arxeoloji abidələr və muzeylər turistlər üçün bağlanıb.

Ölkədə 440 nəfər koronavirusa yoluxub, 21 nəfər isə xəstəliyin qurbanı olub.

Gununsesi.org