Mirşahin Cümşüd Nuriyevi belə müdafiə etdi – Video

  • By admin
  • 02 Dekabr 2019 08:19

REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişində sabiq millət vəkili Cümşüd Nuriyevi müdafiə edib.

Gununsesi.org xəbər verir ki, o, Cümşüd Nuriyevin AzTV-də qadınlarla bağlı səsləndirdiyi fikirləri şərh edib. Mirşahin Ağayev çıxışında bildirib ki, C.Nuriyevin kontekstdən çıxarılmış bir fikri kütləvi lənət, təhqir və təhdidə səbəb olub:

“Cümşüd Nuriyevi ittiham etməyə başladılar ki, guya Qarabağda döyüşən qadınları təhqir edib. Əslində isə söhbət Xanım Xəlilova adlı bir qadının başına toplanmış, qara güruhbaşıların lazım olduqda siyasi sapand kimi istifadə etdiyi qüvvədən gedirdi. Yeri gəlmişkən, elə həmin Xanım Xəlilova Elçibəy hakimiyyətinin ayrı-ayrı üzvlərini kişiciklər adlandırmaqdan çəkinmirdi”.

M.Ağayev efirdə Xanım Xəlilova və 1992-ciü ildə parlament binasının qarşısına toplaşan qadınlarla bağlı arxiv görüntüləri təqdim edib.

Videonun 49-cu dəqiqəsindən mövzunu izləyə bilərsiniz:

 

 

Gununsesi.org