Miqrasiya Xidməti rəisindən daha bir yenilik - VİDEO

  • By admin
  • 19 Sentyabr 2019 09:56

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov daha bir yeniliyə imza atıb.

Gununsesi.org xəbər verir ki, sosial şəbəkələrin imkanlarından yararlanan Vüsal Hüseynov bu dəfə öz fəaliyyətləri barədə youtube kanalı vasitsi ilə vətəndaşları bilgiləndirəcək.

Vüsal Hüseynov özünün sosial şəbəkədəki hesabında yazır:

Miqrasiya Xidmətinin fəaliyyəti və ümumən bu sahədə məlmatlandırmanı artırmaq məqsədilə youtube platformasında video formatında mütəmadi məlumatlar paylaşmaq qərarına gəldik. İlk video məlumat-izah vətəndaşlıq məsələləri (vətəndaşlığa qəbul, bərpa, xitam, ikili vətəndaşlıq, vətəndaşlıq mənsubiyyəti) barədədir.

Həmin videonu təqdim edirik: