Mingəçevirdə ahıl kişi ehtiyatsızlıqdan yanıb

  • By admin
  • 01 Fevral 2020 20:58

Mingəçevirdə isinmək məqsədilə qaz sobasına yaxınlaşan ahıl kişi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. 

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, hadisə az öncə Təbriz küçəsindəki evlərdən birində baş verib.

İlkin məlumata görə, 91 yaşlı kişinin üzərinə alov düşüb və o, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Hazırda kimliyi dəqiqləşdirilir.

Hadisənin baş vermə səbəbi hələ ki tam məlum deyil.

 

Gununsesi.org