Milli Məclis dövlət büdcəsinə yenidən baxacaq: Önəmli olmayan layihələr ertələnə bilər

  • By admin
  • 01 Aprel 2020 10:49
Milli Məclisin yaz sessiyasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq. 
Gununsesi.org-un parlament qaynaqalarına istinadən verdiyi məlumata görə, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlara dəyişiklik layihələri də parlamentin müzakirəsinə təqdim olunacaq.

Gununsesi.org