Milli Məclis sədrliyinə namizədi yaxından tanıyaq- DOSYE

Milli Məclis sədrliyinə namizədi yaxından tanıyaq

Bu gün Altıncı çağırış Milli Məclisin rəhbərliyinə namizdlərin irəli sürülməsi ilə bağlı Yeni Azərbaycan Partiyasının İdarə heyətinin iclası yekunlaşıb.

Gununsesi.org bildirir ki, iclasda YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə isə Əli Hüseynlinin namizədliyi irəli sürülüb.

Müstəqiliyimizin bərpasından sonra parlament tarixində ilk xanım spiker olacaq Sahibə Qafarovanı daha yaxından tanıyaq.

Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.

Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

Uzun illərdir ki, ölkəmizi Avropa Şurası Parlament Assambleyasında, AVRONEST-də təmsil edir.

Adlarını çəkdiyimiz qurumlarda Sahibə Qafarova komitə rəhbəri, mərizəçi kimi fəaliyyət göstərib.

Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.

Gununsesi.org

COMMENTS