Millət vəkilindən “Bank Standard”a sərt ittiham - "Bu əmanət sahiblərinin taleyi necə olacaq?"

  • By admin
  • 21 Oktyabr 2016 14:10
bank-standard
“Bank Standard” əmanətçilərə əmanətlərin qaytarılmasında ciddi problem yaranıb.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov  bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kredit Büroları haqqında” qanunun müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, “Bank Standard”-ın 560 milyon manatadək əmanəti var ki, ancaq bunun 460 mln manatı qorunun əmanətdir. “Yerdə qalan 100 mln. manat isə qorunmur. O zaman  qorunan əmnatələr geri qaytarılacaq,100 mln manat yox? Bəs bu əmanət sahiblərinin  taleyi necə olacaq? Demək onalrın əmanəti geri qaytarılmayacaq? Bu düzgün olmayan və ədalətli yanaşma deyil”- deyə, millət vəkili vurğulayıb.
Maliyyə Bazarlarına Nəzartə Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə millət vəkili Vahid Əhmədovun qaldırdığı bu məsələ ilə razılaşmayaarq bildirib ki, “Bank Standard”ın qorunan əmanətləri kompensasiya edilir: “Qorunan əmanətlər qanuna müvafiq olaraq 100% həcmində kompensasiya edilir. Qorunmayan əmanətlərə gəlincə, həmin insanlar şüurlu surətdə buna qol çəkiblər”.
R.Aslanlı əlavə edib ki, məsələn, bankda “Uşaq əmanəti”nə görə ildə 20% xarici valyutada faiz ödənilib. “Siz də digər tərəfdən deyirsiniz ki, biznesmenlər yuxarı faizlə kredit ala bilmir. Bəli, iqtisadiyyat xarici valyutada 20%-i generasiya etmək iqtidarında deyil, o qədər dəyər yaratmaq mümkün deyil. Bəri- başdan bəllidir ki, bu 20%-lik depozit itəcək”- deyə, o bildirib.
 
Mürtəza
Gununsesi.info