Millət vəkili vida çıxışı etdi

  • By admin
  • 04 İyul 2016 12:09

 

azayyy
Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası çərçivəsində Assambleyanın Siyasi Məsələlər və Təhlükəsizlik Komitənin sonuncu iclasında vida çıxışı edib.
Gununsesi.info xəbər verir ki, A. Quliyev vida çıxışında ilk öncə adıçəkilən komitə üzvlərinə səlahiyyət müddəti ərzində ona göstərdikləri dəstəyə və anlayışa görə minnətdarlığını bildirib.
“Sizin mənə əmanət etdiyiniz inam və etibarınızı yüksək qiymətləndirirəm”-deyən millət vəkilinin sözlərinə görə, bu ona ATƏT-in ümumi maraqlarının bələdçilik etdiyi güclü örnək olub. “Sizi ATƏT və onun Parlament Assambleyasını eyni qətiyyətlə dəstəkləməkdə davam etməyə hazır olduğuma əmin etmək istəyirəm. Mən əməkdaşlıq və dialoqa sadiq tərəfdar olaraq qalacağam. Bizim ortaq hədəf və məqsədlərimizdə nailiyyətlərə çatmaq istiqamətində hamınızla işləməyi səbirsizliklə gözləyirəm”-deyə, o, qeyd edib.
Qeyd edək ki, Azay Quliyev ATƏT-in Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə İstanbul sammitində seçilib. A. Quliyev 2014, 2015-ci illərdə isə bu vəzifəyə təkrar seçilib.
Gununsesi.info