“Milan”ın 3 futbolçusu koronavirusa yoluxdu

  • By admin
  • 08 May 2020 09:46

Məşhur italyan jurnalisti Nikolo Skira bildirib ki, “Milan”ın 3 futbolçusunun koronavirus testi müsbət nəticə verib.

Gununsesi.org-un məlumatına görə, bu barədə o, özünün “Twitter”dəki səhifəsində yazıb.

Jurnalist qeyd edib ki, “Fiorentina” və “Sampdoriya”da yoluxma hallarından sonra A Seriyası mövsümünün davam etdirilməsi ehtimalı azdır.

“COVID-19 pandemiyası futbol dünyasında güclənir. “Fiorentina”da altı və “Sampdoriya”da dörd yoluxma hadisəsindən sonra koronavirus indi COVID-19 teslərinin üçünün müsbət nəticə verdiyi “Milan”da qeydə alınıb. A Seriyasının davam etdirilməsi daha da problematik olur”, – o özünün “Twitter”dəki səhifəsində yazıb.

A Seriyası mövsümü martın 11-də koronavirus pandemiyasına görə dayandırılıb.

 

Gununsesi.org