Mikayıl Cabbarovun qayınatasının xidməti avtomobilləri ƏLİNDƏN ALINDI

  • By admin
  • 21 Dekabr 2017 10:06

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin xidməti avtomobillərdən istifadəsinə xitam verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara görə, agentliyin istifadəsində olan iki ədəd xidməti avtomobil geri alınıb.

Qeyd edək ki, Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov vergilər naziri Mikayıl Cabbarovun həyat yoldaşının atasıdır.

Gununsesi.info