MHP-dən şok açıqlama: “Az qalırdı ki, Tükiyə işğal və ilhaq olsun”

  • By admin
  • 02 Avqust 2016 12:23

bahcali

 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, MHP lideri Dövlət Baxçalı partiyanın toplantısında çıxışı zamanı deyib ki, biz terroristləri dağlarda axtararkən, bu canilər ordumuzun içinə girib, ilk fürsətdə də hücuma keçdilər: “Uca dinimiz adı altnda gizlənən və yüksək məqam əldə edən bu insan artıqlarının əməlləri necə fərq edilməyib? Az qalırdı ki, Türkiyə işğal və ilhaq edilsin. Ancaq şükürlər olsun ki, millətimizin dirənişi sayəsində bu terroristləri yerinə oturda bildik”.

D.Baxçalı bu işdə AKP hakimiyyətini də suçladı və bildirdi ki, onların da günahı var.

Gununsesi.info