Metal pul nişanlarının dövriyyədən çıxarılması ilə bağlı rəsmi açıqlama

  • By admin
  • 07 Sentyabr 2016 12:19

metal

Azərbaycan Mərkəzi Bankı “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tender elanı bir sıra kütləvi informasiya vasitələri tərəfindən yanlış şərh edilmişdir.

AMB-dan Gununsesi.info-ya verilən məlumata görə,  söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir. Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır.

Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur ki dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Bildiririk ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədavüldən çıxarılan qəpiklər üçün nəzərdə tutulur. Anoloji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur.

Gununsesi.info