Messi onu təhqir edən jurnalisti məhkəmədə uddu

  • By admin
  • 07 İyun 2016 11:13

Messsi

Futbolçu qazandığı 65 min avronu Sərhədsiz Həkimlər Təşkilatına bağışlayıb.

Argentina milli komandasının və “Barselona”nın ulduz futbolçusu Lionel Messi məhkəmədə qalib gəlib. ANS PRESS-in məlumatına görə,  futbolçu İspaniyanın “La Razon” qəzetinin müxbiri Alfonso Ussiayanaya qalib gələrək  65 min avro təzminat qazanıb.
Müxbir 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Almaniya Argentina (1:0)  milli komandaları arasında baş tutan matçdan sonra Ussiya “La Razon” qəzetində Messi haqqında məqalə yazmışdı. Jurnalist məqalədə iddia edib ki, Messi həmin oyunda nandrolon qəbul etdiyi üçün zəif çıxış edib. Argentinalı futbolçu jurnalisti məhkəməyə vermişdi.
Məhkəmənin qərarına əsasən məqalədə Messiyə qarşı təhqiramiz ifadələr olub və futbolçunu haqlı çıxardıb. Argentinalı futbolçunun istəyinə əsasən təzminatı Sərhədsiz Həkimlər Təşkilatına bağışlanıb.
 2014-cü ildə Almaniya Argentina yığmasına qalib gələrək dünya çempionu olub. Finalın yeganə qolunu Mario Götze vurub. Lionel Messi bu mövsum “Barselona”nın heyətində 50 oyuna 42 qol vurub.