Merkel himni yenə oturaraq dinlədi - FOTO

  • By admin
  • 16 İyul 2019 16:20

Almaniya kansleri Angela Merkel protokol qaydalarına zidd olaraq dövlət himnini oturaraq dinləyib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu, Moldovanın baş naziri Maya Sandu ilə görüşdə baş verib.

Protokol qaydaları üzrə himnin dinlənməsi zamanı onlar musiqini oturaraq dinləyib.

Bu, artıq protokol dəyişikliyinə yol verilən – dövlət başçılarının himnləri oturaraq dinlədiyi ikinci haldır. Bundan əvvəl Almaniya kansleri Berlində Danimarkanın baş naziri Mette Frederiksenlə görüşdə himni oturaraq dinləyib.