“Mercedes” işıqforu aşırdı - FOTOLAR

  • By admin
  • 20 Fevral 2020 21:16

Bir neçə dəqiqə əvvəl Bakı şəhərinin Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesiaz.info-nun xəbərinə görə, 90-ZL-687 dövlət nömrə nişanlı “Mercedes”  markalı avtomobil sürət həddini aşdığından işıqforun dirəyinə çırpılıb. Hadisə nəticəsində işıqfor aşıb, avtomobil isə yararsız hala düşüb.

Hadisə yerinə gələn Yol Patrul Xidməti əməkdaşları araşdırma aparır.

Xəbərə görə, sürücü yüngül xəsarət alıb.

 

Gununsesiaz.info